Продается 4-комн. новостройка 154 м², м. Насими
9-cu mikrorayonda, 4 otağa düzəldilmiş, yüksək keyfiyyətlə təmir olunmuş mənzil satışa təklif olunur. Mənzilin MTK sənədində sahəsi 154 kv.m, çıxarış üzrə isə 130 kv.m-dir. Bütün otaqlarda pəncərə var, 2 balkonu mövcuddur. Mənzil şəxsi yaşayış üçün bahalı materiallarla təmir olunub, mebel və məişət əşyalarının 90%-i satış qiymətinə daxildir. Dəhliz, mətbəx və sanitar qovşaqlarında isti döşəmə sistemi quraşdırılıb. Qaz, su və işıq daimidir. Nəsimi metrosuna 5 dəqiqəlik piyada məsafədə, Zərifə Əliyeva parkının yaxınlığında yerləşir. Binanın altında fitness zalı, 2 mərtəbəli yeraltı qaraj, yaxınlıqda isə məktəbəqədər təhsil müəssisəsi və poliklinika var. Mənzil əlavə xərc tələb etmədən yaşayış üçün tam hazırdır. Ətraflı məlumat üçün zəng edin və ya vatsapa yazın.